Kifayət qədər idman, bol tərəvəz, siqaret çəkməmək: sağlam həyat tərzi bir çox xəstəliklərin riskini azalda bilər. Bəs 60, 70 və ya 80 yaşında həyat tərzini dəyişmək olarmı?
Rusiyalı tanınmış diyetoloq Vasilisa Ponomaryovanın fikrincə, olar və mümkündür, özü də bu, həm həyat keyfiyyətini yaxşılaşdırır, həm də ömrü uzadır.
O, qidalanmada Aralıq dənizi pəhrizinə (çoxlu təzə tərəvəz və meyvə, çoxlu balıq və yüksək keyfiyyətli yağ) üstünlük verməyi tövsiyə edib.
“60 yaşlı insan həyat tərzini dəyişsə, ömrü təxminən 8 il artar. Hətta 80 yaşına çatmış insan pəhrizini dəyişdirsə, ömrünü 3 il uzada bilər”, - deyə o bildirib.
Mütəxəssis bununla belə, çox ağır pəhrizləri tövsiyə etməyib. Onun sözlərinə görə, qocalıqda əzələləri və hərəkətliliyi qorumaq vacib olduğu üçün zülal qəbulunu artırmaq daha yaxşıdır.
Diyetoloq, həmçinin psixi sağlamlığın və rifahın qorunmasının vacibliyini də xatırladıb. O, yaşlı insanlara mütəmadi olaraq dostları ilə görüşməyi, aktiv ictimai həyat sürməyi tövsiyə edib.
Mənbə: Lenta.ru
Yaşlı insanlara ömrü səkkiz il uzatmağın yolu açıqlandı
23
may
11:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat