ABŞ-nin “Microsoft” şirkəti “Windows 11” əməliyyat sisteminin yeni versiyasında RAR və 7-Zip arxivləri, eləcə də digər fayl növləri üçün daxili dəstəyin olacağını açıqlayıb.
Əməliyyat sisteminin istifadəçiləri on ildir ki, bu funksiyanı gözləyirdilər.
“Biz “libarchive” açıq mənbə layihəsindən istifadə edərək, “tar”, “7-zip”, “rar”, “gz” və s. əlavə arxiv formatları üçün daxili dəstək əlavə etdik”, - deyə şirkətin rəhbəri Panos Panay bildirib.
Beləliklə, “Windows” artıq arxivləşdiriciyə çevrilir. Artıq minlərlə faylı bir arxivdə saxlamağa və diskdə daha az yer tutması üçün əlavə olaraq sıxmağa imkan verən yardım proqramlarından istifadəyə ehtiyac olmayacaq. Bu o deməkdir ki, əfsanəvi WinRAR da bəzi istifadəçilərini itirə bilər.
“Microsoft”dan əlavə edilib ki, yeni formatlar üçün dəstək bu həftənin sonunda istifadəçilər üçün əlçatan olacaq.
Qeyd edək ki, indiyə qədər istifadəçilər bu fayllara daxil olmaq üçün üçüncü tərəf proqramlarını quraşdırmalı idilər. Əvvəlki “Windows” əməliyyat sistemlərində yalnız ZIP arxivləri üçün yerli dəstək işləyirdi. Amma artıq “Microsoft”un yeni funksiyası sayəsində istifadəçilər əlavə pula başa gələn proqramların quraşdırılmasından xilas olacaqlar.
Mənbə: The Verge
“Microsoft” 10 ildir gözlənilən yeniliyi etdi: İstifadəçilər əlavə pul xərcləməkdən xilas oldular
25
may
11:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat