Hindistanda gəlin toydan qaçan bəyi yaxalayaraq nikah masasına əyləşdirib.
Xarici KİV xəbərinə görə, Uttar Pradeş əyalətinin Bareilly şəhərində bir cütlük 2,5 illik münasibətini evliliklə taclandırmaq istəyib.
Toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy orada olmayıb. Ölkədə “mandap” kimi tanınan toy mehrabının altında ənənəvi toy geyimində gözləyən gəlin bəyə zəng edərək onun harada olduğunu soruşub. Bəydən “anamı toya gətirirəm” cavabını alan gəlin buna inanmayıb və gələcək ərinin arxasınca gedib.
Ən azı 20 kilometrlik iki saatlıq təqibdən sonra gəlin bəyi Bareilly kənarında avtobusda tapıb. Ailələrin dəstəyi ilə Bareilly kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib.
Bu əsnada iki ailə və ətrafdakılar gəlini “evliliyini qoruyan cəsarət”ə görə təbrik edib, bəyi isə “evlilik məsuliyyətlərindən qaçdığına” görə onu danlayıblar.
Toy görüntülərində bəyin mərasimə gündəlik geyimində gəldiyi görülüb.
Gəlin toydan qaçan ərini avtobusda tapıb EVLƏNDİ
25
may
12:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat