Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus COVID-19-dan daha təhlükəli ola biləcək yeni ölümcül pandemiya təhlükəsi barədə xəbərdarlıq edib.
Xarici media xəbərinə görə, o, bu barədə ÜST-nin Cenevrədə keçirilən illik assambleyasında bildirib.
“Yeni xəstəlik və ölümə səbəb ola biləcək başqa bir (COVID) variantının təhlükəsi hələ də qalmaqdadır. Daha da ölümcül potensiala malik yeni patogenin təhlükəsi də qalmaqdadır”, - Qebreyesus bildirib.
Bununla əlaqədar ÜST rəhbəri bütün dünyanı gələcəkdə bu təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb. “Reuters“in məlumatına görə, 2024-cü ilin mayında ÜST-ə üzv ölkələr “dünyanın yeni patogenlərə qarşı müdafiəsini gücləndirməyə” yönəlmiş pandemiya ilə mübarizə üçün yeni qaydaları qəbul etməli olacaqlar.
Mayın əvvəlində ÜST 2020-ci ildə elan edilmiş qlobal COVID-19 pandemiyasının statusunu ləğv edib. O vaxtdan bəri təşkilatın məlumatına görə, təxminən 20 milyon insan koronavirusdan ölüb, rəsmi ölüm sayı isə təxminən 7 milyondur.
Yeni ölümcül pandemiyanın riskləri barədə XƏBƏRDARLIQ
26
may
11:39

Qarabağ
KOMMENTLƏR
ÜST bütün dünyanı COVID-19-dan daha qorxulu pandemiyaya hazırlaşmağa çağırdı
ŞAD XƏBƏR: Pandemiya ləğv edildi
ÜST COVID-19-dan ölüm hallarının artacağı ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Koronavirusun daha təhlükəli ştamı yaranacaq - ÜST-dən XƏBƏRDARLIQ
Yeni ölümcül virus peyda ola bilər - ÜST-dən XƏBƏRDARLIQ
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi