Ukraynanın paytaxtı Kiyevdə məhkəmə sədri sərxoş halda qəza törədib.
Ukrinform xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.
Bildirilir ki, Kiyev vilayətinin rayon məhkəməsinin rəhbərinin iştirakı ilə Kiyev şəhərində nəzarət-buraxılış məntəqələrindən birində yol qəzası baş verib. İlkin məlumata görə, avtomobili idarə edən hakim Ukrayna Milli Qvardiyasının hərbçisinin üstünə çıxıb. Qəza nəticəsində Milli Qvardiyanın əsgəri aldığı xəsarətlərdən yerindəcə keçinib.
Adı açıqlanmayan hakim saxlanılaraq ekspertizaya aparılsa da, o, müayinədən keçməkdən imtina edib.
Onun barəsində cinayət işi açılıb.
Kiyevdə sərxoş məhkəmə sədri hərbçini vurub ÖLDÜRDÜ
26
may
12:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat