Tarixdə ilk dəfə Maqadan - San-Fransisko reysi həyata keçirilib. Hindistandan yola düşən və nasazlıq səbəbindən Rusiyada eniş edən təyyarənin sərnişinləri ABŞ-yə göndərilib.
Bu barədə “Air India” xəbər verib.
“AI173D reysi 8 iyun 2023-cü il tarixində San-Fransiskoda təhlükəsiz eniş etdi”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, iyunun 6-da Dehli – San-Fransisko reysi ilə hərəkət edən təyyarə texniki nasazlıq səbəbindən Rusiyada eniş etmək məcburiyyətində qalıb. Hava gəmisinin göyərtəsində ABŞ, Kanada və Hindistan vətəndaşlarından ibarət 220 sərnişin və 16 heyət üzvü olub. Maqadanda hotel olmadığından sərnişinlər məktəblərdə yerləşdirilmişdilər.
Əvvəlcə onların iyunun 7-də ABŞ-yə yola düşəcəkləri bildirilsə də, sonradan uçuş təxirə salındı.
ABŞ-yə yollanan təyyarənin soyuq müharibə vəziyyətində olduğu Rusiya ərazisində eniş etməsi sosial şəbəkələrdə çoxsaylı müzakirələrlə nəticələnmişdi.
Mənbə: Vesti.ru
Tarixdə ilk dəfə Maqadan - San-Fransisko reysi həyata keçirilib
09
iyun
09:53

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi