“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə sevgilisi Corcina Rodriqesin nikah müqaviləsinin təfərrüatları məlum olub.
Xarici KİV məlumatına görə, cütlük Corcinanın ilk hamiləliyi zamanı münasibətlərə son qoyarsa, onun maraqlarını qorumaq üçün müqavilə bağlayıb.
Ayrılıq halında Corcina Pozuelo de Alarkonda (İspaniya) ailə evi alacaq. Bundan əlavə, o, ayda 100.000 avro ömürlük ödənişlər alacaq.
Mənbə onu da iddia edir ki, qız 2017-ci ildə surroqat anadan dünyaya gələn əkizlər Eva və Mateonun rəsmi anası olacaq.
Cütlük 2016-cı ildən münasibətdədir. Onlar Rodriqesin işlədiyi mağazada tanış olublar. Ronaldo ilə onun beş övladı var. Corcina daha iki qız dünyaya gətirib. Belə ki, 2022-ci ilin yazında cütlük əkiz uşaq gözləsələr də, biri sağ qalıb.скачать dle 12.1