Parisdə şəhərin mərkəzində baş verən partlayış nəticəsində yaralıların sayı 50-yə çatıb. 
Bu barədə Paris prokurorluğu məlumat yayıb. 
Məlumatda 6 nəfərin vəziyyətinin ağır olduğunu bildirib. 
***10:32
Fransanın paytaxtı Parisin 5-ci rayonundakı binalardan birində baş verən partlayış nəticəsində yaralananların sayı 37-yə çatıb. 
Xarici KİV xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib. 
O, ağır yaralıların həyati təhlükəsinin olduğunu deyib. Həmçinin qeyd olunub ki, partlayışdan sonra 2 nəfər itkin düşüb. 
Hadisə yerinə 270 yanğınsöndürən cəlb olunub, yanğın nəzarət altına alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 
скачать dle 12.1