Dietoloq Bianca Beldini qarın piylənməsinə səbəb olan qidaları açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, dietoloq bildirir ki, əgər arıqlamağa və belinizi incəltməyə çalışırsınızsa, yediyiniz qidalara diqqət yetirmək vacibdir.
Onun sözlərinə görə, fast food, şəkərli və spirtli içkilər belinizi qalınlaşdıra bilər:
“Bu qidaların tərkibində tez-tez sağlam olmayan yağlar, şəkərlər və boş kalorilər olur, Qazlı və enerji içkilərinin tərkibində yüksək miqdarda şəkər var və qida dəyəri azdır. Bu da qarın yağının yığılmasına səbəb olur. Eynilə, spirt bədənin yağ metabolizmasını çətinləşdirə bilər və qarında yağ yığılmasının artmasına səbəb ola bilər”.скачать dle 12.1