Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilini müayinə etmək üçün Tbilisiyə gələn Polşa nümayəndə heyətinin tərkibində olan həkimlərdən birinin davranışı anlaşılmazlıq və narahatlıq yaradır, eyni zamanda bütün prosesi etibardan məhrum edir.
“Sputnik” Gürcüstan” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin departament rəhbəri İlya Darçiaşvilinin Polşanın müvəqqəti səfiri Mariuş Pyotr Jakla görüşünə dair yayılmış məlumatda deyilir.
“Görüşdə gürcü tərəfi vurğuladı ki, Polşanın tibbi missiyasına daxil olan həkimlərdən birinin davranışı anlaşılmazlıq, narahatlıq yaradır, həmçinin bütün prosesi etibardan məhrum edir”, - Gürcüstan XİN-in bəyanatında bildirilir.
İyulun 14-də Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb ki, iyulun 12-də Saakaşvilinin müayinəsi zamanı polşalı həkimlərdən biri Saakaşvilidən götürülmüş biomaterialı ayaqqabısında gizli şəkildə çıxarmağa cəhd edib. Polşa diplomatı bazar ertəsi bu insidentlə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb. O, şərh vermədən ofisdən çıxıb.
"Xarici İşlər Nazirliyindəki polşalı diplomatdan insidentlə bağlı mövqeyini dəqiqləşdirməyi xahiş ediblər. Görüşdə polşalı diplomat qeyd edib ki, o, polşalı həkimin belə davranışına nəyin səbəb olduğunu bilmir", - məlumatda deyilir.
Polşalı səfirin XİN-ə çağırılması ilə bağlı Gürcüstan XİN-dən AÇIQLAMA
17
iyul
14:44

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər