Almaniyanın “Charite” Berlin klinikasının tədqiqatçılar qrupu virusoloq Yorq Xofmanın rəhbərliyi altında ilk dəfə "Seul" virusunun siçandan insana ötürülməsi hadisəsini aşkarlayıblar.
Bu barədə mütəxəssislər “Charite” klinikasının saytında bildirib.
Açıqlama “Charite” alimlərinin, Fridrix Leffler İnstitutundakı həmkarları, yerli və regional səhiyyə işçiləri ilə birgə işinin gedişatında qəbul edilib.
Saytda yayılmış məlumatlara görə, virus Aşağı Saksoniya federal torpağının gənc sakinində aşkarlanıb. Yoluxma ev heyvanından baş verib. Gənc kəskin böyrək çatışmazlığı əlamətləri ilə xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
“Virusun ev siçanlarında aşkarlanması onun heyvanların ticarəti yolu ilə dünyanın demək olar ki, hər yerinə yoluxa biləcəyini göstərir”, - deyə alimlər bildirib. (Report)
“Seul“ virusunun siçanlardan insana keçməsi qeydə alınıb
13
noyabr
09:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat