Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Belarus BATE klubu üzərində qələbə qazandıqdan sonra (5:3, ilk oyun - 6:2) üçüncü mərhələdə hansı klubla qarşılaşmaq istəmədiyini açıqlayıb.
Belaruslu mütəxəssis növbəti raunddakı rəqiblərinin “Rakuv” olmasını istəyir:
“Üçüncü mərhələdə hansı komanda ilə oynamağımızı istəyərdim? “Rakuv”u deyərdim. Sizə bilmədiyiniz bir şeyi deyim. Bu yaxınlarda mənə “Rakuv” rəhbərliyindən təklif gəlmişdi. Polşaya yollanmağa yaxın idim, amma sonda “Aris”də qalmağa qərar verdim və buna şadam. Həm “Rakuv”, həm də “Qarabağ” çətin rəqiblərdir”.
Xatırladaq ki, “Qarabağ” – “Rakuv” cütünün qalibi (ilk oyun – 2:3) Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü mərhələsində “Aris”lə qarşılaşacaq.
“Aris”in baş məşqçisi “Qarabağ”ı istəmir
02
avqust
12:48

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər