Britaniyalı deputat Semmi Uilson Şimali Kipr Türk Respublikasının dünya tərəfindən tanınmasını dəstəkləyib.
Türk mediasına xəbər verir ki, Britaniyalı millət vəkili KKTC-nin Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil dövlət kimi qəbul edilməməsi üçün heç bir səbəb olmadığını bildirib.
Semmi Uilson bu barədə Britaniyanın siyasi jurnalı Politicshome-da yazıb. O qeyd edib ki, Kipr adasında sərhədin hər iki tərəfində tam fəaliyyət göstərən hökumətlər və demokratik sistemlər var.
Semmi Uilsonun sözlərinə görə Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyi ilə bağlı 2010-cu il qərarı KKTC-nin tələbinə daha çox qanunilik təmin etməlidir.
Deputat İngiltərənin bu prosesdə Kipr türkləri ilə yunanlar arasında vasitəçi olmasını istədiyini vurğulayıb.
скачать dle 12.1