Ermənistanda günlərdir davam edən kütləvi etiraz aksiyalarının iştirakçıları bir tərəfdən baş nazir Nikol Paşinyanın istefasını tələb etsələr də, digər tərəfdən Rusiyanın hərbi əməliyyatlarda iştirak etməməsinə qəzəblənərək bu ölkənin rəhbərliyini tənqid edir.
Bunu aksiyalardan lentə alınmış kadrlarda da açıq-aşkar görmək mümkündür.
Vətəndaşlar çıxışlarında Rusiyanın Ermənistan və Azərbaycanı eyni zamanda silahlandırdığı fikrini irəli sürərək rəsmi Moskvanın hərbi birləşmələrini Qarabağa gətirərək döyüşməli olduğunu bildiriblər.
Aksiya iştirakçılarından biri deyir: “Düşündük ki, Rusiya ilə biz doğma respublikalarıq, bizi tək qoymaz. Lakin o, bizi tək buraxdı”.
Digər bir erməni isə Rusiyanın Ermənistanı satdığını, Paşinyanın zəif siyasətçi olduğunu deyib.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Russia Today”ə müsahibəsində Rusiyanın münaqişənin həllində Ermənistana əhəmiyyətli bir dəstək verməməsi və bəzi ermənilərin Rusiyanın mövqeyini xəyanət kimi qiymətləndirməsinə münasibət bildirmişdi: “Rusiyaya qarşı ittihamlar tamamilə əsassızdır. Rusiya KTMT-dəki məsuliyyətlərini unutmur və müttəfiqin ərazisinə, Ermənistan ərazisinə kiminsə hücum etməsi halında Rusiya təbii ki, müttəfiqini qorumaq üçün əlindən gələni edəcək”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə ilə bağlı Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Amma bu məsələdə Ermənistana hüquqi yardım edə bilməzlər: “Çünki döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”.
Ermənilər Rusiyanı günahlandırır - Video
13
noyabr
15:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat