PSJ braziliyalı hücumçu Neymar üçün ən azı 150 milyon avro almaq istəyir.
Xarici medianın xəbərinə görə, daha əvvəl hücumçunun PSJ-dən ayrılmaq istədiyi bildirilirdi. Lakin parislilər onu satarkən maliyyə güzəştinə getmək istəmirlər. Neymarın hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Qeyd olunur ki, PSJ braziliyalı hücumçunun icarəyə götürülməsi variantını nəzərdən keçirə bilər, ancaq o şərtlə ki, müqavilədə 31 yaşlı oyunçunun bir ildən sonra məcburi satın alınması variantı yer alsın.
Mətbuat braziliyalının karyerasını Premyer Liqa, MLS və ya Səudiyyə Ərəbistanında davam etdirmək variantlarının olduğunu yazıb.
PSJ onu bu məbləğə satmaq istəyir
10
avqust
16:10

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək