Bakıda keçirilən şahmat üzrə Dünya kuboku başa çatıb.
Bu gün keçirilən tay-brek görüşlərindən sonra mükafatçılar müəyyənləşib.
Belə ki, finalda Norveçli Maqnus Karlsen hindistanlı Rameşbabu Praqqnanandha üzərində ümumilikdə 2,5:1,5 hesabı ilə qalib və turnirin qalibi olub.
3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya kubokunda 4-cü olub.
Qeyd edək ki, Dünya kubokunun üç qalibi Namizədlər Turnirində oynamaq hüququ qazanıb.скачать dle 12.1