Dubayda iPhone 15 almaq istəyən müştərilər arasında insident yaşanıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
"Dubay Mall" Ticarət Mərkəzində iPhone 15-in satışını edəcək rəsmi mağazanın qarşısında gecədən başlayaraq böyük növbə yaranıb.
Dükanın açılışına az qalmış isə mağazaya ilk daxil olmaq uğrunda alıcılar arasında böyük insident yaşanıb.