Rusiyalı müxalifətçi Aleksey Navalnı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovu məhkəməyə verib.
Bu barədə “Kommersant” nəşri xəbər verib.
İşin kartı Moskvanın ümumi yurisdiksiyası məhkəmələrinin rəsmi portalında dərc edilib. İddia noyabrın 16-da qeydə alınıb, iddia ərizəsi üçün dövlət rüsumu noyabrın 13-də ödənilib.
İşin kateqoriyasında "198 — şərəfin, ləyaqətin, vətəndaşlara və hüquqi şəxslərə işgüzar nüfuzun qorunması" göstərilir.
Modern.az-ın yazdığına görə, oktyabrın əvvəlində Peskov bildirmişdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları Navalnı ilə əməkdaşlıq edirlər, ona müəyyən təlimatlar verirlər. O, blogerin zəhərlənməsində Rusiya rəhbərliyinin əli olduğu barədə fikirlərini belə şərh etmişdi.
Bundan sonra Navalnı prezidentin mətbuat katibini məhkəməyə vermək niyyətində olduğunu bildirmişdi.
Navalnı Peskovu məhkəməyə verdi
17
noyabr
10:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat