Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində fabrikdə damın uçması nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Məlumata görə, hadisə Ordos vilayətinin Ejen Xoro qəzasında sənaye məhəlləsində baş verib.
Dağıntılar altından 11 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Onlardan üçü dünyasını dəyişib, səkkizi müxtəlif bədən xəsarətləri alıb, müalicə olunurlar.
Mənbə: RİA Novostiскачать dle 12.1