Ermənistanda Paşinyan hakimiyyətinə qarşı etirazlar səngimək bilmir.
Bu gün “Yaşıl Gələcək” ekomühafizə hərəkatının rəhbəri Vaaqna Varaqyan Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında saxlanılıb.
Polislər Varaqyanı saxlayan zaman o qışqıraraq “Bu polislər satqın Nikolun satqınlarıdır” deyib.
Etirazçılardan biri isə jurnalistlərə bildirib ki, sadəcə nazirə sual vermək üçün gəliblər: “Hər hansı qeyri-qanuni hərəkət etməmişik. Sadəcə nazirə sual vermək üçün gəlmişik. Varaqyan da həbs olunarkən sadəcə suallarının olduğunu bildirdi”.
Polislər səsgücləndirici vasitəsi ilə hərbi vəziyyət dövründə kütləvi tədbirlərin keçirilməsinin qadağan olduğunu elan edərək aksiyanı dağıdıblar.
Varaqyan sosial şəbəkədə etiraz aksiyası keçirəcəyini bildirmişdi. “Sabah saat 14:00-da Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qarşısına gedəcəyik. Araik Arutyunyan isti kabinetindən çıxıb cavab verməlidir ki, Nikolun imzaladığı xain sənədi dəstəkləyirmi? Super nazir bizə niyə susduğunu izah etməlidir? Əleyhinədirsə, onda niyə hələ də nazir postundadır, niyə istefa etmir? Hörmətli müəllimlər və tələbələr, bizə qoşulun", - deyə o bəyan etmişdi.
Ermənistanda tələbələr və müəllimlər etiraza çağırıldı
17
noyabr
22:20

Qarabağ
KOMMENTLƏR
Paşinyanı niyə istefaya göndərə bilmirlər? - Yeganə çıxış yolu...
“Azərbaycanın Şuşaya çatdığını nəzərə alsaq…” – Sarkisyan Paşinyan iqtidarına “ləyaqətsiz” dedi
Erməni məmurlar Qarabağdan qaçdı: Araik siyahı açıqladı
Erməni yazıçı aclıq aksiyasına başladı - Təhsil nazirinin istefasını tələb edir
Təhsil Nazirliyinin qarşısında etiraz -Nazirliyə etiraz artıq aksiya ilə müşayət olunur
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat