İsveç NATO-ya üzvlüklə bağlı Ankaranın dəstəyini qazanmaq üçün PPK təşkilatına qarşı heç bir tədbir görməyib.
AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Qazaxıstandan qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində deyib.
“Stokholm Türkiyəyə silah ixracı ilə bağlı məsələdə müəyyən işlər görüb. Lakin, təəssüf ki, indiyədək ölkədə PPK təşkilatına qarşı heç bir addım atılmayıb.
Bizim vəzifəmiz bu məsələni parlamentə təqdim etmək idi və biz onu etdik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayaraq parlamentə göndərib.
Türkiyə Prezidenti: İsveç PPK-ya qarşı heç bir addım atmayıb
04
noyabr
16:04

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi