Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyiyə “Sülhün kəsişməsi” layihəsini təqdim edib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Mirzoyan ölkəsinin “Qara dəniz elektrik kabeli” layihəsinə qoşulmasının vacibliyini vurğulayıb.

"Nazir həmçinin region ölkələrinə iqtisadi üstünlüklər təmin etməklə yanaşı, həm də sülhün mühüm təminatına çevrilə bilən “Sülhün kəsişməsi” layihəsini də təqdim edib. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində beynəlxalq səylər də müzakirə olunub", - XİN-in məlumatında qeyd olunub.

Xatırladaq ki, Ermənistan XİN rəhbəri və Aİ komissarı arasında görüş noyabrın 15-də Brüsseldə baş tutub.

***

11:58

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Brüsseldə İrəvanla Aİ ölkələri arasında viza rejiminin liberallaşdırılması məsələsini müzakirə edib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasının müsbət dinamikasını alqışlayan Ararat Mirzoyan vurğulayıb ki, bu istiqamətdə yekun qərar Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşməsində və xalqlararası əlaqələrin inkişafında mühüm rol oynayacaq", - bəyanatda deyilir.

XİN bildirib ki, tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

"Mirzoyan Ermənistan Respublikasının regionda uzunmüddətli sülhün bərqərar olması ilə bağlı baxışını təqdim edib", - açıqlamada deyilir.скачать dle 12.1