“Apple” şirkəti İlon Maskın şərhlərinə görə onun sahib olduğu X sosial şəbəkəsində reklamı dayandıracaq.
“The Guardian” qəzeti xəbər verir ki, “Apple”dan başqa bir sıra digər texnologiya və media şirkətləri də oxşar bəyanatla çıxış ediblər. Onlar arasında “Lionsgate”, “Warner Bros”, “Paramount”, “Sony Pictures”, “Comcast/NBCUniversal”, həmçinin IBM və “Disney” şirkətləri var.
İlon Mask bir müddət əvvəl “Yəhudi icmaları özlərinə qarşı dayandırmağı tələb etdikləri dialektik nifrəti ağdərililərə qarşı təbliğ edirlər” postuna “Siz doğru deyirsiniz” şərhini yazmışdı.
Bu şərh artıq Ağ evin də etirazına səbəb olub. Bundan əlavə, 150-dən çox ravvin İlon Maskın sözlərinə cavab olaraq böyük korporasiyaları X sosial şəbəkəsində reklamı dayandırmağa çağırıb.
“The Guardian” qəzetinin məlumatına görə, “Apple” İlon Maskın sosial şəbəkəni satın aldığı 2022-ci ilin noyabrına qədər tviterdə reklam yerləşdirmək üçün ildə təxminən 100 milyon dollar xərcləyirdi.
“Apple”, “Disney” və “IBM” İlon Maskın şərhinə görə X sosial şəbəkəsində reklamı dayandıracaq
18
noyabr
15:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat