Masallıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Viləş körpüsü adlanan ərazidə qeydə alınıb.
Rayonun Qəriblər kənd sakini, 1998-ci il təvəllüdlü Firuzə Natiq qızı Məmmədova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin olaraq sağ döş qəfəsinin və bel nahiyəsinin iki ədəd kəsilmiş-eşilmiş yarası diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat edilib.
Firuzə Məmmədovanın anası qızının bıçaqlanmasında digər şəxslərin də iştirak etdiyini iddia edib: “Qızım Lənkəran rayonunun Liman şəhərində ərdə olub. Həyat yoldaşından 3 ay əvvəl ayrılıb. Bir müddət əvvəl isə rəsmi olaraq boşandılar. Üç yaşlı qızları var.
Hadisə baş verən gün digər qızımın evində idik. Firuzənin telefonuna zəng gəldi. Keçmiş əri uşaq üçün bazarlıq etdiyini dedi və aldıqları şeyləri vermək üçün küçəyə çağırdı. Qızım da evdən çıxdı.
Firuzənin dediyinə görə, keçmiş əri iki dostunun köməyi ilə onu zorla avtomobilə mindiriblər. Viləş körpüsünün üstündə həmin iki nəfər qızımın əllərini tutublar. Keçmiş əri isə ona bir neçə bıçaq zərbəsi endirib.
O, bundan sonra qızımın telefonu ilə mənə zəng edərək dedi ki, Firuzəni bıçaqla vurmuşam, gəl apar. İnanmadım. Bir az sonra başqa telefon nömrəsindən zəng edildi. Dedilər qızınız özünü yaralı vəziyyətdə bizim həyətə çatdırıb, gəlin xəstəxanaya aparın”.
İlkin məlumata görə, hadisəni törədən şəxs polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Ər iki dostu ilə birlikdə keçmiş arvadını bıçaqladı
20
fevral
09:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat