Bərdədə 7 yaşlı uşaq anası və anasının qeyri-rəsmi yaşadığı şəxs tərəfindən zorakılığa məruz qalıb.
Bərdə rayon sakini Ö.N. yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Azyaşlının sözlərinə görə, anası Həsənova Raya İlham qızı oğurluq üstündə onun qollarına qızdırılmış qaşıq basıb. Azyaşlı bildirib ki, Mehralıyev Mahmud adlı şəxslə birlikdə anası bundan əvvəl də dəfələrlə onu döyüb.
Həsənova Rayanın xalası Fərəcova Sevinc Firudin qızı hadisənin baş vermə səbəbini belə açıqlayıb:
“Bacım qızı Raya uşaq marketdən çöplü şirə oğurladığına görə evə gələndə döyüb. Döydükdən sonra qeyri-rəsmi yaşadığı Mahmuda zəng edib, olanları danışıb. Mahmud da ona uşağın əlini yandırmasını deyib. O da uşağın əlini yandırıb və döyüblər. Döyülmə bir neçə dəfə olub. Uşağın bədənində bir neçə köhnədən qalma izlər var. Polis də bunu gördü”.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verilib. R.Həsənova polis şöbəsinə aparılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Bərdədə ana 7 yaşlı oğlunun əllərini yandırdı - Video
23
may
10:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat