Xızı Rayon Polis Şöbəsi əməkdaşların keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sabir Atlıxanov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.
Onun sözlərinə görə, iyulun 21-i səhər saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi kəndində yaşayan Lamiyə Muxtarova həyat yoldaşı S.Atlıxanovun valideynlərinin yaşadığı Giləzi kəndinə gələrək özünü və valieynlərini ölümlə hədələdiyini bildirib.
Həmin vaxt L. Muxtarova da valideynlərinin yaşadığı evdə olub. Rayon Polis Şöbəsi əməkdaşları müraciətə operativ reaksiya verərək dərhal hadisə yerinə gediblər. Polis əməkdaşlarını görərkən əvvələr dəfələrlə məhkum olunmuş S.Atlıxanov özünə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən uzaqlaşmağa cəhd edib. Lakin o, çox uzağa gedə bilməyib və polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan zaman onun üzərindən bir ədəd bıçaq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Arvadını ölümlə hədələyən şəxs saxlanıldı
22
iyul
19:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat