Bakıda narkotik alverçilərinin onlayn şəbəkəsi yaranıb. Narkotik alverçiləri, xüsusilə də "patı" (Metamfetamin) alverçiləri artıq sosial şəbəkə vasitəsilə onlayn çatdırma xidməti təklif edirlər. Həmin şəxslər "Telegram" və digər sosial şəbəkələrdə elanlar verməklə narkotik maddələri ünvana çatdırma xidməti təklif edirlər.
Trend-in məlumatına görə, Bakının Yasamal rayonunda isə daha biabırçı vəziyyət yaranıb. Naməlum şəxslər narkotik maddələrin onlayn çatdırılması ilə bağlı olan sosial şəbəkə hesablarındakı "nik"lərini artıq yaşayış binalarının giriş bloklarına elan kimi yapışdırmaqla narkotik alverini təbliğ edirlər. Həmin şəxslər adıçəkilən virtual hesablarda "patı" və digər narkotik vasitələrin onlayn çatdırılma üsullarını da açıqlayırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin ictimai qurumlarla iş şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirdi ki, artıq adıçəlikən ərazidə elanların yerləşdirilməsi və sosial şəbəkələrdəki həmin hesablarla bağlı araşdırmalara başlanılıb.
Bakıda "patı" açıq reklam olunur - Polis hərəkətə keçdi
14
sentyabr
19:52

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər