Binəqədi Rayon Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
"Report”un əldə etdiyi məlumata görə, məhkəmə təqdimatı təmin edib.
Qərara əsasən, İ.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə sentyabrın 30-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Nizami RPİ-nin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
Daha sonra İ.Məmmədov saxlanılıb, barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, o, daxili işlər orqanlarından xaric edilib.
Məhkəmədən arvadını şöbədə öldürən polislə bağlı QƏRAR
02
oktyabr
10:28

Qarabağ
KOMMENTLƏR
Bakıda polis şöbəsində arvadını öldürən polisin görüntüləri - FOTOLAR
Bakıda arvadını qətlə yetirən polisi hansı cəza gözləyir?
Bakıda polisin öldürdüyü qadının hadisə yerindən GÖRÜNTÜLƏRİ - VİDEO
Prokurorluq Bakıda arvadını öldürən polislə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Bakıda DƏHŞƏT: Polis arvadını şöbədə xidməti silahla öldürdü
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat