Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan “AAC” MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulmuş quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.
Bakıda fəhləni "tok" vurub ÖLDÜRDÜ
09
dekabr
10:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat