Gəncədə şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.
Gəncədə şirkət əməkdaşını "tok" vurub ÖLDÜRDÜ
12
fevral
12:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat