2020-ci ilin yanvar-iyun ayları ərzində qeydə alınan 13310 cinayət hadisəsinin 2904-ü və ya 21,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çoxdur.
Bu barədə Bakısəsinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu cinayətlərin 57,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,5 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1921 nəfər cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,2 faizi isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 68,0 faizini heç yerdə işləməyən və oxumayanlar, 28,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib.
Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 2,2 faiz təşkil edib.
Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 8,8 faizi 18-24 yaşlı, 17,8 faizi 25-29 yaşlı gənclər, 73,2 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
2020-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 2149,1 kiloqram narkotik maddələrin 1426,7 kiloqramını heroin, 513,2 kiloqramını marixuana, 144,6 kiloqramını tiryək, 20,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 44,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
21
avqust
12:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat