Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə nəqliyyat vasitələrində narkotik vasitələrin və psixotrop maddələrin göndərilməsi barədə  məlumat daxil olub.
Komitədən verilən məlumata görə,  “Samur” gömrük postu vasitəsilə ölkəyə gələn  Azərbaycan Respublikasının vətəndaşı Namazov Zaur Vaqif oğlunun idarə etdiyi və  Rusiya Federasiyasından Azərbaycan Respublikasına “dərman vasitələri” yükünün daşındığı 99-SS-807/99-ZH-807 dövlət nömrə nişanlı, “Scania” markalı yük-nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin kabinəsində sürücü üçün nəzərdə tutulan yataq yerinin üzərində bir ədəd şahmat lövhəsinin içərisindəki boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, tərkibində psixotrop maddə “metilendioksimetamfetamin”-nin (MDMA) olduğu ümumi sayı 2934 ədəd həblər və 39 ədəd həb qırıqları, xalis çəkisi 97,280 qram təşkil edən psixotrop maddə “amfetamin”, xalis çəkisi 254,790 qram təşkil edən psixotrop maddə “mefedron” və  xalis çəkisi 198,940 qram təşkil edən narkotik vasitə “kokain” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
  • Şahmat lövhəsindən külli miqdarda narkotik vasitə aşkarlandı- FOTOLAR
  • Şahmat lövhəsindən külli miqdarda narkotik vasitə aşkarlandı- FOTOLAR
  • Şahmat lövhəsindən külli miqdarda narkotik vasitə aşkarlandı- FOTOLAR
скачать dle 12.1