Türkiyənin “Çimtaş” şirkəti Bakıda dünyanın ən hündür bayraq dirəyini quraşdıracaq.
“Sputnik Azərbaycan” xəbər verir ki, dirəyin hündürlüyü 191 m olacaq.
Azərbaycan Bayraq Meydanı 2010-cu il sentyabrın 1-də yaradılıb.
O zaman bayraq dirəyinin hündürlüyü 162 m idi. Bu bayraq dirəyi 2011-ci ilin may ayına qədər dünyanın ən hündür bayraq dirəyi idi. Daha sonra Düşənbədə 165 metrlik bayraq dirəyi tikilib.скачать dle 12.1