Qubada baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
İlham Xudamov həyat yoldaşı Sara Xudamovadan boşandıqdan sonra da onlar eyni evdə yaşayıblar. Qətl törədilməzdən əvvəl evə Quba Rayon İcra Şöbəsinin əməkdaşları gəliblər. Onlar boşanma ilə bağlı olan sənədlərdə dəqiqləşdirmə aparıblar.
Məmurlar evdən getdikdən bir müddət sonra İlham Xudamovla Sara Xudamova arasında yaranan mübahsiə qətllə nəticələnib. Artıq hər iki şəxsin meyiti morqa aparılıb.
Cütlüyün 2 oğlu və 1 qızı, eyni zamanda nəvələri də var.
Faktla bağlı araşdırma aparılır.
***
14:53
Qubada qətl hadisəsi baş verib.
Hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu keçmiş həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib.
Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.
Onların birgə nikahdan 3 övladı var.
Faktla bağlı araşdırma aparılır.(apa)
скачать dle 12.1