Xəzər dənizində faciə yaşanıb.

Lent.az bildirir ki, hadisə Qaradağ rayonu, Daşgil qəsəbəsi ərazisində qeydə alınıb. Qayıq sürən paytaxt sakini, 15 yaşlı Əmirxan Şahbazlı dəhşətli hadisənin qurbanı olub.

Yeniyetmə qəflətən qayıqdan suya yıxılıb. Nəticədə o boğularaq ölüb.

Axtarış tədbirləri nəticəsində Ə.Şahbazlının meyiti sudan çıxarılaraq, ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1