Bakının Xəzər rayonunda 1975-ci il təvəllüdlü Musa şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Mətanətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə bu ilin yanvarın 31-də rayonun Qala qəsəbəsində baş verib.
Musa yaşadığı evdə aralarında yaranmış münaqişə zəmnində arvadı Mətanəti əli və taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib.
O bildirib ki, 2008-ci ildə Mətanət ilə ailə həyatı qurub və onların birgə nigahlarından 4 övladları olub: "Yanvarın 31-də, saat 13.30-da arvadımla aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb arvadımın mənimlə cinsi əlaqədə olmaq istəməsi olub. Arvadım mənimlə boşandığı üçün cinsi əlaqədə olmaqdan imtina etdi”.
Təqsirləndiirilən şəxs qeyd edib ki, mübahisə zamanı əsəbləşərək Mətanəti əli və taxta parçası ilə qəsdən vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mətanətin sözlərinə görə, 2015-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə boşanıblar: "Buna baxmayaraq hazırda eyni ünvanda yaşayırıq. Yaşadığımız müddət ərzində dəfələrlə aramızda münaqişələr olub. Hadisə günü saat 13.30-da evdə olduğumuz zaman Musa ilə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb Musanın mənimlə cinsi əlaqədə olmaq istəməsi olub. Musa ilə boşandığım üçün onunla cinsi əlaqədə olmaq istəmədim. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Musa məni əli və taxta parçası ilə vuraraq müxtəlif bədən xəsarətləri yetirdi”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Musanın Mətanətlə barışması, ona dəymiş ziyanın Musa tərəfindən tam ödənilməsi nəzərə alınıb.
Bu səbəbdən Musanın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Bakıda 47 yaşlı kişi onunla cinsi əlaqədə olmaq istəməyən keçmiş arvadını şil-küt elədi — ŞOK OLAY
02
avqust
15:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat