Quba rayonunda 1998-ci il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində baldızı Leyliyə (adlar şərti verilib –red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 16-da baş verib.
Həmin gün Elçin Leylinin yaşadığı evinə gəlib və onunla mübahisə yaradıb. Mübahisə zamanı Elçin Leylini döyüb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, baldızı Leyli ilə aralarında olan mübahisə onun başqa qadınla ünsiyyətdə olması səbəbindən yaranıb:
"Leyli mənim başqa qadınla ünsiyyətdə olmağımı öyrənib və həmin qadına zəng edib. Mən bu barədə öyrəndikdən sonra Leylinin yaşadığı evə gəldim. Onu söyərək vurdum".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Leylinin sözlərinə görə, Elçinin münasibətdə olduğu qadına zəng edib və və mesaj göndərərək bacısının ailəsini dağıtmamasmı bildirib. Qeyd edib ki, Elçin bu barədə xəbər tutub və hadisə günü saat 15 radələrində onların yaşadığı evə gəlib. Bildirib ki, Elçin həmin vaxt onunla və ailə üzvləri ilə mübahisə edib: "Mübahisə zamanı Elçin mənim sifət nahiyəmə vuraraq xəsarətlər yetirdi".
Zərərçəkmiş deyib ki, təqsirləndirilən şəxs ilə barışıb, onun barəsində şikayəti yoxdur.
Quba rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb.
Bu səbəbdən Elçinin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Gənc oğlan sevgilisinə mesaj yazan baldızına dəhşət yaşatdı — Şok olay
29
mart
23:40

Qarabağ
KOMMENTLƏR
Qubada gəlin qayınanasını ağac parçası ilə DÖYÜB
Balakəndə ata və oğul qadın üstündə dava etdilər
Bakıda 47 yaşlı kişi onunla cinsi əlaqədə olmaq istəməyən keçmiş arvadını şil-küt elədi — ŞOK OLAY
Qarpıza görə arvadını döyən şəxs: “Təpiklə ayağına bir neçə dəfə vurdum”
Qadın keçmiş ərinin ikinci arvadını bıçaqladı - TƏFƏRRÜAT
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat