Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sənan Əliyevə (bütün soyadlar şərtidir) hökm oxunub.
O, 2021-ci ilin 25 dekabr tarixində dayısı Ramazan Quliyevin oğlu Eltaca təşkil etdiyi sünnət toyuna gedib. S.Əliyev orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə dayısının evində daxil olub və orada anası Sərmayə Əliyevanın xalasının telefonu ilə başqa bir şəxslə danışdığını görüb. Buna görə o, anası ilə və xalası Hekayətlə mübahisə edib.
Daha sonra isə mübahisəyə dayısı Ramazan qarışıb. O, bacısı oğlu S.Əliyevə anasına və xalasına acıqlanmasından etirazını bildirib. Onlar arasında mübahisə dava ilə nəticələnib. Belə ki, S.Əliyev dayısına sillə vuraraq yerə yıxıb. Daha sonra davaya digər qonaqlar da qarışıb. Kənd sakini Həmid Səmədov S.Əliyevi yumruqla vurub. S.Əliyev isə stolun üzərində olan bıçağı götürüb və Həmidə bıçaqla xəsarət yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Cinayət Məcəlləsinin 126.2.2-ci və 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜ
15
avqust
13:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat