Xəbər verdiyimiz kimi, Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hazırda məsələ nəzarətə götürülüb: 
"Araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
***09:35
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında videogörüntlər paylaşılıb.
Bildirilir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb. 
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.
скачать dle 12.1