Oktyabr ayının 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla, 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olub.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Dövlət sərhədini pozan 8 nəfər saxlanıldı - 7-si azyaşlıdır
04
oktyabr
14:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat