Goranboyda hərbi maşın qəzaya uğrayıb.
Hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib. Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı saytımıza təsdiq edib: “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.
Faktla bağlı araşdırma aparılır.
Goranboyda hərbi maşın qəzaya uğradı - Yaralılar var
11
noyabr
17:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat