Sabunçu rayonunda dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərlərini, habelə kanalizasiya quyularının dəmir qapağını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayonunda yerləşən dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərləri naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə nəticəsində müəssisəyə 5000 min manata yaxın maddi ziyan dəyib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Əli Əliyev saxlanılıb. Aparılan araşdırmalar zamanı onun Sabunçu rayonunda əlavə olaraq 17 ədəd kanalizasiya quyusunun dəmir qapaqlarını oğurladığı da müəyyən edilib. Bundan başqa Əli Əliyev Kürdəxanı, Zabrat və digər ərazilərdə yerləşən ümumilikdə 10 evdən təmir-tikinti və məişət əşyaları oğurladığını bildirib.
Faktlarla bağlı 15- ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Sabunçuda dövlət müəssisələrindən oğurluq etdi
28
noyabr
10:57

Qarabağ
KOMMENTLƏR
Bakıda saxta pul hazırlayan şəxslər ələ keçdi - VİDEO
Bakıda 18 min manatlıq dəmir barmaqlıqlar oğurlandı (FOTO/VİDEO)
İşlədikləri obyektdən və evdən oğurluq edənlər saxlanıldı
Aptek işçisini hədələyərək quldurluq edən şəxs ələ keçdi - FOTO/VİDEO
Polis Bakıda əməliyyat keçirdi: Ana, oğlu və qohumu saxlanıldı (VİDEO)
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat