Saatlıda qum yatağında qanunsuz hasilat nəticəsində 551 min manatlıq ziyan vurulub.
Bu barədə Saatlı rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Saatlı rayonu ərazisində yerləşən “Hacıqasımlı” (Kamallı-III) qum yatağında qanunsuz hasilat aparılması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Bakı şəhər sakini olan fərdi sahibkar Rasif Məmmədova məxsus karxana tərəfindən müvafiq qaydada ayrılmış istismar sahəsindən kənarda 2,19 ha ərazidə qum hasilatı aparılması nəticəsində ümumilikdə 551.800 manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt görə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Saatlıda karxana sahibinə cinayət işi başlandı
21
dekabr
17:02

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat