Bakıda 46 yaşlı qadın polisə müraciət edərək şantaj edildiyini bildirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən 1977-ci il təvəllüdlü qadın sevgi münasibətində olduğu V.Ş-nin ona hədə-qorxu gəldiyini iddia edib. Onun sözlərinə görə, V.Ş. onunla görüşməsi barədə qohumlarına məlumat verəcəyi hədəsi ilə 3 min manat pulunu və mobil telefonunu alıb.
Şikayətçi həmin kişinin pulu və telefonunu ondan Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aldığını qeyd edib.
Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, şantajla üzləşdiyini bildirən qadın Bakıdakı orta məktəblərdən birində müəllim kimi çalışır.
Bakıda şantaj edilən müəllim polisə müraciət etdi
11
aprel
16:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam