Mingəçevirdə kişinin quyuya düşüb ölməsi barədə araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, iyunun 27-də Mingəçevir şəhər sakini 38 yaşlı Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***
Saat: 10:33

Mingəçevirdə kişi faciəvi şəkildə ölüb.
Şəhər sakini, 38 yaşlı Ceyhun Əhmədovun meyiti şəhər ərazisində kanalizasiya quyusunda aşkar edilib. Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1