Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var.
Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü R.Namazov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarına aşırıb.
Nəticədə avtomobildə olan sərnişinlər - 1980-ci il təvəllüdlü Dürdanə Nəbiyeva və 2002-ci il təvəllüdlü Eyvaz Nəbiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Avtomobildə olan digər sərnişinlər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları gəlib, müvafiq tədbirlər həyata keçirib, faktla bağlı araşdırmalar davam etdirilir.
20:39
Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Tovuz rayon sakinləri Mustafayeva Aygün Məhəmməd qızı, Bayramov Mahir Balakişi oğlu, Məmmədova Bahar Vidadi qızı və Namazov Röyal Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB
01
sentyabr
09:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat