Bakıda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Tələt Əlizadəyə hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Report xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, ittiham aktına görə, Tələt Əlizadə zərərçəkmiş şəxs qismində tanınan Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib. Belə ki, ondan borc olaraq ümumilikdə 150 min manat pul alıb. Ona söz verib ki, əgər borcu qaytara bilməzsə, paytaxtdakı evlərindən birini verəcək.
Lakin T.Əlizadə zərərçəkmiş şəxsə olan borcu ödəməyib. T. Əlizadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bakıda 150 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib
06
sentyabr
14:37

Qarabağ
KOMMENTLƏR
Klinika rəhbərini rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən qadına hökm oxunub
Azərbaycanda bankdan 228 min manat oğurlayan əcnəbiyə hökm oxundu
Vətəndaşların 58 min manat pulunu “yeyən“ dələduz həbs olundu
Bakıda ərini öldürən qadına hökm oxunub
3,3 milyon manatlıq dələduzluq edən şəxsə hökm oxundu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat