"Qarabağ" yaxşı və xarakterli komandadır".
Bunu İsveçin "Hakken" komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.
Norveçli mütəxəssis bu qarşılaşmanın onlar üçün sonuncu olduğunu xatırladıb: "Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq”.
O, Azərbaycan təmsilçisinin çox yaxşı oyunçulara sahib olduğunu vurğulayıb: "Evdəki qarşılaşmada yaxşı performans sərgiləsək də, nəticə qazana bilmədik. Sabahkı oyuna motivasiya ilə çıxacağıq. Hər şey yaxşıdır”.
Baş məşqçi hava şəraitinin onlara təsir etməyəcəyini sözlərinə əlavə edib: "Əsl İsveç havasıdır. Buna öyrəşmişik. Bakıya üçüncü səfərimdir. Hər dəfə Azərbaycan futbolunun klub və milli səviyyəsində inkişaf etdiyini görürük".
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban Qurbanovun kollektivi hazırda 7 xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.
İsveç klubunun baş məşqçisi: "Qarabağ" yaxşı və xarakterli komandadır"
13
dekabr
18:46

Qarabağ
KOMMENTLƏR
İsveçli baş məşqçi Azərbaycan millisini ciddi və iddialı rəqib adlandırıb
“Yol amili çətinlik törətməyəcək” - Xabi Alonso
"Qarabağ"ın vurduğu qollarda sanki yuxuladıq" - HİK-in baş məşqçisi
“Gent”in baş məşqçisi: “Bərabər səviyyədə oyun göstərdik”
"Sabah bizi ağır oyun gözləyir" - "Qarabağ"ın kapitanı
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar