Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Dmitri Nazarov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı ilk oyunlarında iştirakdan imtina edib.
Bu barədə 30 yaşlı hücumçu "sueddeutsche" nəşrinə məlumat verib. O, koronavirus pandemiyası səbəbindən bu addımı atdığını vurğulayıb. Nazarov dəvət aldığını, lakin Bakıya gəlməyəcəyini söyləyib: "Koronavirusa yoluxmalar çoxdur və təhlükəsizlik birinci yerdədir. Azərbaycan risk zonasındadır, uçuşlar o qədər də asan deyil. Bu səbəbdən, millinin məşqçisi ilə danışdıqdan sonra evdə qalmağa qərar verdim".
Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: "Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.
Dmitri Nazarov millimizdən imtina etdi
26
avqust
13:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat