Astronomik təklifləri ilə dünya futbolunda tarazlığı dəyişən Səudiyyə Ərəbistanı da “Qalatasaray”ın çempionluğunda böyük rol oynayan Mauro İkardi ilə danışıqlara başlayıb.
Xarici media xəbərinə görə, 100 milyon avro dəyərində olan təklif qarşısında sarı-qırmızılıların ulduz qolçu ilə davam etmək şansı çətin olacaq.
Məlumata görə, PSJ ilə əl sıxan ərəb klubunun İkardiyə illik 25 milyon avro qarşılığında 3 illik müqavilə təklif etdiyi bildirilib. Qeyd edilib ki, Mauro İkardinin transferi üçün təklif olunan ümumi məbləğ, fransız nəhənginə edilən ümumi təklif və bonuslarla birlikdə 100 milyon avrodur.
PSJ ilə anlaşan səudiyyəlilər İkardi və Vanda Naranın qərarını gözləyərkən, bu gediş sarı-qırmızılıların planlarını alt-üst edib.скачать dle 12.1